İqtisadiyyat

“Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb

23-04-2019 | 16:57        

  

Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq  görülüb və ən islahatçı ölkə elan olunub. Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı proqnozlaşdırılır. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzində “Doing Business 2020”yə dair islahat icmalının təqdimatında bu barədə məlumat verilib.

“Doing Business 2020”-ə dair islahat icmalında 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar haqqında ətraflı məlumat təqdim edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı proqnozlaşdırılır.

“Doing Business”-in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib. Yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının bir prosedurla tamamlanması mümkündür. Tikinti üçün icazələrin alınması indikatoru üzrə tikintiyə icazə ilə bağlı bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə olunur. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə aparılan islahatlar nəticəsində sahibkarların şəbəkəyə qoşulma ilə əlaqədar elektron müraciət imkanı da yaradılıb.  Əmlakın qeydiyyatı üzrə aparılan islahatlar nəticəsində əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlər “Əmlak Xidmətləri Məkanı”nda aparılır. Vergilərin ödənilməsi indikatoru üzrə görülən işlər nəticəsində işə götürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsi 22 faizdən 15 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR