Cəmiyyət

“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng daxil olub

23-04-2019 | 12:36        

  

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 “Çağrı” mərkəzinə 3 000 000-cu zəng daxil olub. Zəngin sahibi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Ölkənin istənilən nöqtəsindən  stasionar  telefonlardan “108” nömrəsini yığmaqla “Çağrı” mərkəzinin xidmətindən istifadə etmək olar. Artıq 3 milyonuncu zəng qeydə alınıb. Zəngin sahibi müsahibimiz Tünzalə Kərimovadır.3 milyonuncu zəngin sahibi kimi Tünzalə Kərimova təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Vətəndaşların işini asanlaşdıran 108 “Çağrı” mərkəzi 6 il əvvəl fəaliyyətə başlayıb. Bu sistem “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzlərinin, Elektron Hökumətin İnkişafı Mərkəzi və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.

Hazırda 108 “Çağrı” mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 09-dan 18-dək, şənbə günü 09-dan 13-dək həyata keçirilir. Eyni zamanda,bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR