Analitika

Azərbaycanın sosialyönümlü siyasət modeli

22-04-2019 | 17:55        

  

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin təhlili göstərir ki, bütün tədbirlər Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisinə söykənir. Bazar iqtisadiyyatı quruluşunun bəzən xalq üçün ağır şərtlərini yalnız uğurlu sosialyönümlü siyasət kompensasiya edə bilər. Azərbaycan bir çox kapitalist ölkələrdən fərqli olaraq məhz bu cür sosialyönümlü siyasət aparan, istənilən quruluşun, sistemin diqtə etdiyi şərtlərə rəğmən ilk növbədə vətəndaşın rifahını nəzərə alan, bütün hallarda atılan addımların sosial aspektlərini hesablayan və lazım gəldikdə önləyici və bərpaedici tədbirlər paketinə sahib ölkədir. Azərbaycan xalqı ilə onun rəhbəri arasında monolitliyi də məhz bu amil təmin edir.

Bu gün Azərbaycanda tarixi qərarın icrasına başlanılıb. Məhz bu gündən etibarən prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq,  Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılıb.
Bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır. Kompensasiya alacaq şəxslərin sayı 602347 nəfər təşkil edir. Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350,8 milyon manat ayırıb.
Ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdı. Bu vəziyyəq qiymətləndirildi və və dövlət başçısının humanist qərarı yüzminlərlə insanın sevincinə, problemlərinin həllinə səbəb oldu.
Beləliklə bu qərar bir çox aspektlərdən əhəmiyyətli və tarixi mahiyyət kəsb edir:

Birincisi, kompensasiyaların ödənilməsi bank qarşısında çətin durumda qalmış vətəndaşların sosial sıxıntılarını aradan qaldırdı. 602 mindən çox şəxsin, onun ailəsinin maliyyə yükünü azaltdı.
İkinci, bu maliyyə dəstəyi iqtisadiyyatda, bank-vətəndaş münasibətlərində yeni aktiv faza açacaq.
Üçüncüsü, bu addım bank-vətəndaş etimadını tam olaraq bərpa edəcək, möhkəmləndirəcək.
Dördüncüsü, məhkəmə sistemi çox sayda məhkəmə işi yükündən azad olunacaq.

Baxmayaraq ki, dövlətin bank kreditlərinin ödənilməsi kimi bir öhdəliyi yoxdur, bununla belə vətəndaşın rifahının yaxşılaşdırılmasını əsas prioriteti kimi görən Azərbaycan dövləti bu məsələnin də həllini öz üzərinə götürdü.
Beləliklə, Azərbaycan dövlətinin bu addımı dünya praktikasında rast gəlinməyən olduqca humanist qərardır və dövlət başçısının yanaşmasını, sosialyönümlü siyasətini ifadə edir. Bu addım dövlət başçısının son aylarda icrasına start verdiyi islahatlar paketi, xüsusilə sosial tədbirlərin tərkib hissəsidir. Və əminliklə, demək olar ki, Azərbaycan sosial siyasət sahəsində bütün dünya üçün nümunə ola biləcək unikal model formalaşdırmaqdadır.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR