Siyasət

Tələbələrin I Respublika Elmi Konfransı başa çatıb

19-04-2019 | 14:51        

  

Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan  Tələbələrin I Respublika Elmi Konfransı başa çatıb. Qaliblərin mükafatlandırılma mərasimində təhsil müəssisisisinin rektoru Elmar Qasımov bildirib ki, konfranslar ”Heydər Əliyev-fenomen şəxsiyyət, xarizmatik lider”, ”Kimya və kimya mühəndisliyində perspektivlər”, ”Keyfiyyətli enerji, keyfiyyətli xidmət”, “Yüksək texnalogiyalar-innovativ tətbiqlər” bölmələri olmaqla 4 mövzunu əhatə edib. Aprelin 15-dən başlayan toplantılarda ali təhsil müəssisələri və AMEA-nın institutlarınından 177 tələbə və gənc alim iştirak edib. Sonda qaliblərə və  həvəsləndirici kateqoriya üzrə seçilən iştirakçılara sertifikatlar təqdim olunub.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR