Digər

“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib

19-04-2019 | 14:48        

  

Ermənilər nə qədər saxta addımlar atsa da, gec-tez tarixi faktlar ortaya çıxır və onların saxtakarlığı alimlərimiz tərəfindən də ifşa olunur. Bu fikir 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilən konfransda səslənib.

Erməni saxtakarlığı təkcə Azərbaycanı deyil, dünyanı narahat etməlidir. Gələcəyi olmayan Ermənistan mifomaniyadan gələn keçmişi ilə yaşayır. Uydurma keçmişi “canlandırmaq” məqsədilə özlərini Cənubi Qafqazın avtoxton sakinləri qismində dünyaya təqdim etmək üçün terroru və terrorçuları da dəstəkləyir, istənilən saxtakarlıqla, sağlam məntiqdən uzaq olan uydurmalara əl atırlar. Erməni saxtakarlıqlarından tarixi sübutlar və dəlillərlə danışan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirdi ki, tarixi əqli oğurluq ənənəsini davam etdirən və folklorun bir qolu – miflərin yaradılmasında ustalıq göstərən ermənilər digər xalqların, xüsusən də azərbaycanlıların maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkmir, özününküləşdirməklə mənimsəməyə çalışırlar. Tanınmış Rusiya tarixçisi və politoloqu Oleq Kuznetsov isə hesab edir ki, araşdırmaların nəticələri bu günümüzün təlabatı və dəyişən geosiyasət üçün yeni ideologiyalar formalaşdırır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizin müstəqillik qazandıdan sonra Azərbaycan tarixinin və ideologiyasının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirdi ki, Azərbaycan tarixinin qorunması və inkişafı dövlətlərin və ölkə başçısının daim diqqətindədir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR