Siyasət

Milli Məclisin yaz sessiyası başlayır

31-01-2011 | 15:55        

  

Milli Məclis 2011-ci ildə ilk iclasını keçirməyə hazırlaşır. Bu sessiyada parlamentdə bir neçə yeni məcəllə layihəsi hazırlanaraq müzakirə ediləcək.  Fevralın 1-də 4-cü çağırış Milli Məclisin ilk yaz sessiyası öz işinə başlayacaq. Sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiqlənəcək. Yaz sessiyasının qanunvericilik işləri planına əsasən parlamentdə Tikinti, Şəhərsalma, Rəqabət, Gömrük məcəllələrinin, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi”, “İcbari sığortalar”, “Kənd təsərrüfatı kooperasiyası”, “Bələdiyyələrin hesabatları”, “Elm siyasəti”, “Ali təhsil”, “Sosial xidmət”, “Pasientin hüquqları”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi” haqqında qanun layihələri hazırlanacaq. Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxildir. Sessiya müddətində Milli Məclis bir sıra mövcud qanunlara əlavə və dəyişikliklər edəcək. Fevralın 1-də keçiriləcək ilk iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları  təşkil olunacaq, ötən il noyabrın 18-də Bakıda imzalanmış “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında”, oktyabrın 6-da Astanada imzalanmış “Azərbaycan və Qazaxıstan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişlərin, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Prezidentlərinin Birgə Bəyanatının təsdiq edilməsi barədə, eləcə də daha bir neçə qanun layihələrinə baxılacaq. İnzibati Xətalar, Seçki  məcəllələrinə, “Dövlət qulluğu haqqında” qanuna  əlavə və dəyişikliklər müzakirə olunacaq. 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR