Bölgələr

Əhaliyə Səyyar ASAN xidmət göstərilir

18-04-2019 | 16:43        

  

Ölkəmizdə ASAN Xidmət Mərkəzlərinin sayı ildən ilə artır. Hazırda 15 belə mərkəz fəaliyyət göstərir. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda da ölkə başçısının tapşırığına əsasən, əhaliyə səyyar xidmət göstərilir. Səyyar ASAN Xidmət avtobuslarından biri hazırda Qazax rayonundadır.

Qazax rayonunun şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu almaq, yaxud dəyişdirmək, sürücülük vəsiqəsini dəyişdirmək, vətəndaşlıq vəziyyəti aktlarını dövlət qeydiyyatından keçirmək istəyən sakinlərinin işi asanlaşıb. Onların səyyar ASAN xidmət avtobusuna yaxınlaşıb müraciət etmələri kifayətdir. Müraciətlərə qısa müddətdə baxılıb həll edilir. Xidmətləri Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi təkilf edir. Bu xidmətlərə daşınmaz əmlakla bağlı sənədlərin verilməsi, əmək pensiyalarının təyini kimi əhalinin daha çox müraciət etdiyi xidmətlər də var.

Səyyar xidmətin göstərilməsində əsas məqsəd vətəndaş məmnunluğuna nail olunması, vətəndaşların əlavə xərcinin, vaxt itkisinin qarşısının alınmasıdır. Bu zaman ASAN könüllülər də onlara kömək edirlər.

Səyyar ASAN xidmət avtobusu mayın 4-ə qədər Qazaxda olacaq. Bura təklif olunan xidmətlərdən qonşu Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarının sakinləri də istifadə edə bilərlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR