Mədəniyyət

Bakının ürəyi İçərişəhər

18-04-2019 | 16:04        

  

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi yerlər və Abidələrin mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu gün Azərbaycanda da qeyd olunur.

Hər abidə memarın fantaziyasıdır. Hətta onun əyri-üyrü küçələrdə yaratdığı evlərin sonradan sənət əsərinə çevrilmə ehtimalı var. İçərişəhərin özülünü qoyan memarlar bəlkə də inanmazdılar ki, yaratdıqları bu kiçik şəhər neçə yüz ildən sonra Badi-Kübənin göz bəbəyi, döyünən ürəyi olacaq. Hətta dolanbac yollarda çaşıb qadan turistlər İçərişəhərin dalanlarından belə zövq alacaqlar.

Çünki İçərişəhər sanki müdrik qocadır. Müdrik isə insana hər zaman düz yolu göstərir. Hər şəhər də müdrik ola bilmir. Amma düşməni düşmən kimi, qonağı qonaq kimi qarşılayan Bakımızın iç şəhəri əsrlərin sınağından çıxan şəhərdir.

İçərişəhərin daşını-daş üstə qoyan ustalar çox yerə heç öz adlarını belə həkk etməyiblər. Amma onlar daşdan tarix yaratıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR