Siyasət

Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib

18-04-2019 | 16:00        

  

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri arasında keçirilən dostluq idman yarışları ilə əlaqədar Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu ölkənin Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Ümit Dündar və Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi general İsmayıl Güzəllər ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlər zamanı tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin hərbi təhsil müəssisələrinin müəllim-professor heyətinin qarşılıqlı səfərlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR