Cəmiyyət

Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub

18-04-2019 | 11:32        

  

Çində ingilis və Çin dillərində nəşr edilən “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycan həsr olunub.

Nəşrdə Azərbaycan haqqında ümumi məlumatlar, son dövrlərdə baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2015-cildə Çinə dövlət səfərinə dair ətraflı məlumat əksini tapıb.

Ölkəmizin Pekindəki səfirliyinin təqdim etdiyi materiallar əsasında nəşr edilən jurnalda Azərbaycan iqtisadiyyatının əsas sahələri, ölkənin tranzit imkanları, biznes və investisiya mühiti, ixrac imkanları, Bakının və regionların turizm potensialına dair məqalələr, həmçinin Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən mədəniyyət nümunələri olan muğam musiqisi, aşıq sənəti, tar ifaçılığı, Yallı rəqsi, xalçaçılıq sənəti, dolma hazırlama ənənəsi barədə, Qarabağın tarixi və mədəniyyəti haqqında məlumatlar verilib.

Fotoşəkillərlə zəngin jurnalın nüsxələri dövlət qurumlarına, ali təhsil ocaqlarına, tədqiqat mərkəzlərinə, iri şirkətlərə göndərilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR