Xarici xəbərlər

Ermənistanın sabiq prezidenti Robert Köcəryanı ömürlük həbs gözləyir

18-04-2019 | 10:40        

  

Ermənistanın sabiq prezidenti Robert Köcəryanı ömürlük həbs gözləyir. Qalmaqallı rüşvətalma cinayəti üzrə növbəti məhkəmə prosesi 6 aydan sonra keçiriləcək.

İrəvan şəhərinin Şenqavit rayon məhkəməsində iş adamı Silva Ambarçumyanın Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı 2 milyon dollar rüşvətalma iddiasının detalları ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmədə Köçəryanın vəkillər komandasının üzvü Artyom Orbelyan bildirib ki, Silva Ambarçumyanın verdiyi ifadələr şər-böhtan xarakteri daşıyır. Onun şəxsən Robert Köçəryanla heç bir əlaqəsi olmayıb və onlar heç vaxt görüşməyiblər. Əgər Paşinyan keçmiş rəqiblərindən qisas alırsa, o zaman nə üçün ölkənin digər rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülmür?!”. Sitatın sonu. Qeyd edək ki, Ərəb ölkələrində biznesi olan Silva Ambarçumyan keçən ilin noyabrında Ermənistana dəvət olunaraq xüsusi istintaq komitəsində dindirilib. Sonra onun Robert Köçəryanla üzləşməsi prossesi təşkil edilib. Silva Ambarçumyan bir daha bildirib ki, Köçəryan sabiq xarici işlər naziri Vardan Oskanyının vasitəçiliyi ilə “1 mart” hadisələrindən əvvəl ondan 2 milyon dollar alıb. Əgər Robert Köçəryanın cinayət materialına bu maddə də əlavə edilərsə, o zaman onu ömürlük həbs gözləyir. Robert Köçəryanın qalmaqallı rüşvətalma hadisəsi ilə bağlı “Hraparak” qəzetində də məqalə dərc edilib. Yazıda hakim Edik Avetisyana istinadən bildirilir ki, bu cinayyətlə əlaqədar bəzi şübhəli məqamlar var və Silva Ambarçumyanın bir daha Ermənistana qayıdaraq xüsusi istintaq komitəsində dindirilməlidir. Növbəti məhkəmə prosesi 6 ay sonra - sentyabrın 16-na təyin edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR