Xarici xəbərlər

Avropa parlamenti sosial şəbəkə şirkətlərinin cərimələnməsini nəzərdə tutan qanun layihəsi qəbul edib

18-04-2019 | 10:17        

  

Avropa Parlamenti  bir saat ərzində zorakı məzmunlu paylaşımları silmədiyi təqdirdə, sosial şəbəkə şirkətlərinin cərimələnməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Cərimələr şirkətin ümumi gəlirlərinin 4 faizini təşkil ediləcək. Qanun layihəsinin lehinə 308, əleyhinə 204 nəfər səs verib. 70 nəfər bitərəf qalıb. Avropalı rəsmilərin fikrincə, sosial şəbəkə şirkətlərinin rəhbərləri bu istiqamətdə yetərli addım atmır. Nəticədə zorakı məzmun daşıyan foto və videolar geniş auditoriyaya çata bilir. Qeyd edək ki, geniş ictimai rezonans doğura biləcək paylaşımların tənzimlənməsi zərurəti ötən ay Yeni Zelandiyada məscidlərə baş vermiş silahlı hücumdan sonra aktuallaşıb. Oxşar qanun artıq Avstraliyada qəbul edilib. Yeni qanunvericiliyə əsasən, tələblər pozulduğu halda, sosial media şirkətləri illik gəlirinin 10 faizi həcmində cərimələnəcək. Cavabdeh şəxslər isə 3 il müddətinə həbs ediləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR