İqtisadiyyat

“SOCAR istiqarazlar”ının dövriyyəyə buraxılmasından iki il yarım ötür

17-04-2019 | 14:23        

  

5 illik müddətə buraxılan “SOCAR istiqarazlar”ının  dövriyəyə buraxılmasından 2 il yarım ötür. İstiqraz üzrə ödənişlərin bu gün 10-cu faiz ödənişi edildi. Beləliklə, ötən dövrdə istiqraz sahiblərinə ümumi ödənişlərin məbləği 12 milyon 500 min dollara çatdı.

2021-ci ilədək  dövriyyəsi davam edəcək istiqrazlıar üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək. Nəticə olaraq istiqraz sahibləri  əlavə daha 12 milyon 500 min dollar qazanacaqlar. Toplam olaraq istiqrazlardan gəlir 25 milyon dollara çatacaq.

2016-cı ilin sentyabrından  dövriyyədə olan istiqrazlar 1000 dollar dəyərində bazara daxil olsa da, hazırda 1046 dollara alınıb-satılır. İllik 5 faizlə sahibinə gəlir gətirən SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi 172 milyon dollara yüksəlib və Bakı Fond Birjasında ən çox alınıb-satılan qiymətli kağızdır. Bu ilin  birinci rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hər 4 müştəridən biri ya istiqrazlarının sayını artırır, ya da alacaqları faiz ödənişlərini təkrar istiqraza yatırır. SOCAR istiqrazlarını alan fiziki şəxslərin sayı hüquq şəxslərdən 2 dəfə çoxdur.

Bildirildi ki, qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi kəskin artıb. Bu istiqrazlarla REPO əməliyyatlarına 2017-ci  ilin noyabrından start verilib. REPO əməliyyatları zamanı SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər istiqrazları girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit cəlb edə bilirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR