Bölgələr

Şabranda xalçaçılıq ənənələri bərpa edilib

17-04-2019 | 12:16        

  

Tarıxi  köklərimizə bağlılıq, adət ənənələrimizin yaşadılması, milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsi bu gün dövlətimizin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu baxımdan xalçaçılığın inkişafı istiqamətində mühüm addımlar atırılır. Bu gün Azərbaycan istehsalı olan xalçalar dünyada şöhrət qazanıb. Elə Şabran xalçaları da gözəlliyi, özünəməxsus çalarları və keyfiyyəti ilə rəğbətlə qarşılanır. İndi təqdim edəcəyimiz süjetdə əməkdaşımız sizi Şabranda bu qədim el sənətinin davamçılarının əl işləri ilə tanış edəcək. 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı Yeganə Şərifova kimi bu sənəti sevən, onun sirlərin bilən, indiyə qədər bu sənətlə fərdi şəkildə məşğul olan xalçaçıları bir araya torpayıb, onların işləməsi, bu qədim sənətini yaşatmaları üçün şərait yaradıb. Elələri də var ki, xalçaçılıq sənətini buradakı kurslarda və bu sənətin ustalarından öyrənib işləyirlər. Filialda əsasən şimal rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçalar istehsal edilir. Həmin çeşnilər qədim xalçaların əsasında peşəkar rəssamlar tərəfindən hazırlanır.

Xalçanın toxunması prosesi başa çatdıqdan sonra kəsilərək hanadan götürülür. Bu günədək müəssisədə 200-kvadrata yaxın xalçı toxunub. Ondan 100-kvadrat metr ölçüdə 23 ədəd xalça artıq kəsilib. Hazır xalçaların üzərlərində çeşnilərin adı və “Azərbaycan” sözü qeyd olunur.

Xalça toxunması üçün tələb olunan xammalın yerli istehsal hesabına ödənilməsi vacib amillərdəndir. Şabran yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin inşa olunması da elə bu məqsədə  xidmət edir. Buranın məhsullarından Şabranla yanaşı bölgədəki digər xalçaçılıq müəssisələri də istifadə edəcəklər. Hazırda məntəqənin tikintisi  tamamlanmaq üzrədir.

Məntəqənin fəaliyyətə başlaması ölkəmizdə qoyunçuluqla məşğul olan təsərrüfatları üçün əhəmiyyətlidir. Onlar indiyə qədər satışında çətinlik çəkdikləri yunu bu məntəqəyə təhvil verə biləcəklər. İplik istehsalı üçün yalnız ildə bir dəfə qoyunun bel hissəsindən qırxılan, uzunluğu 7 santimetrdən az olmayan yun qəbul ediləcək. Məntəqəyə gətirilən yun Sumqayıt Kimya Sənaye Parkındakı Əyirici-Boyaq Fabrikində emal ediləcək. Bu fabrikdə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Bununla da xalçaçılıqda xammalın idxaldan asılılığı aradan qalxacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR