İqtisadiyyat

Azərbaycan iki ayda 281 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib

17-04-2019 | 11:47        

  

Yanvar-fevral aylarında ölkədən 281,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, 2018-ci ilin eyni aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,3 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,1 faiz), Türkiyəyə (22,6 faiz), Gürcüstana (13,1 faiz), İsveçrəyə (7,3 faiz), İrana (3 faiz), Yunanıstana (3 faiz), İtaliyaya (2,8 faiz), Çinə (2,3 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (2,0 faiz) və ABŞ-a (1,6 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,2 faiz, təzə tərəvəz 1,6 dəfə, tütün 19 faiz, şəkər 15,5 faiz, çay 18,9 faiz, meyvə və tərəvəz konservləri 16,8 faiz, bitki yağları 4,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 8,5 faiz, pambıq lifi 2,9 dəfə, emal olunmamış alüminium 7,6 faiz, pambıq ipliyi 9,3 faiz, bentonit gili 30,6 faiz, qara metallardan yarımfabrikatlar 2,4 dəfə artıb, meyvə və tərəvəz şirələri ixracı isə 19,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 35,5 faiz, kartof 27,6 faiz, polietilen 4,8 faiz, qara metallardan borular 65,8 faiz azalıb.

Eyni zamanda, buğda idxalı 16,1 faiz, xam şəkər və şəkər 3,3 dəfə, bitki yağları 13,9 faiz, siqaret 24,4 faiz, kartof 38,6 faiz, kərə yağı, digər süd yağları və pastaları 5,4 faiz, quş əti və onun əlavə məhsulları 2,1 dəfə, mal əti 8,9 faiz, minik avtomobilləri 2,5 dəfə, polad prokatı 1,3 faiz, mineral gübrələr 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 49,1 faiz, qara metallardan çubuqlar 0,9 faiz, mebellər 35,3 faiz, polietilen 23,8 faiz, yük avtomobilləri 2,2 dəfə, qara metallardan künclüklər 34,5 faiz, məişət kondisionerləri 2 dəfə, avtobuslar 3,4 dəfə artıb, təzə meyvə idxalı isə 6,4 faiz, çay 19,6 faiz, təzə tərəvəz 5,6 faiz, qara metallardan borular 24,7 faiz, rezin şinlər 14,1 faiz, paltaryuyan maşınlar 21,7 faiz, sement və sement klinkerləri 47,2 faiz, məişət soyuducuları 26,4 faiz azalıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR