Xarici xəbərlər

Notr Dam kilsəsində baş vermiş yanğınla bağlı təhqiqat başlayıb

17-04-2019 | 10:35        

  

Parisin simvollarından olan Notr Dam kilsəsində soyutma işləri dayandırıldıqdan sonra binanın daxilində təhqiqat başlayıb. Daxili işlər nazirliyinin məlumatına görə söndürmə və soyutma işləri 16 saatdan çox vaxt aparıb. Hadisə zamanı 2 polis əməkdaşı və 1 yanğınsöndürən xəsarət alıb. Mümkün yanğın riskinə görə ərazidə yüzədək yanğınsöndürən növbə çəkir. Nazirlik həmçinin hadisənin istintaqının bir neçə ay çəkəcəyini bildirib. Hələlik yanğının səhlənkarlıq nəticəsində baş verdiyi bildirilir. faktla bağlı artıq 30 nəfər dindirilib. Binanın daxilində təhqiqat aparılması yalnız təhlükəsizlik tədbirləri görüldükdən sonra başlayacaq. Alov və yüksək təzyiqli su divarları zəiflədib. Armaturları birləşdirmək üçün istifadə edilmiş qurğuşun lehimlərin yüksək temperatur nəticəsində əridiyi ehtimal olunur. Binanın qüllələri yanğına davam gətirsə də, konstruksiyanın bəzi elemetlərinin dağılma riski hələ də qalır. Binanın təmirinə gəldikdə isə, mütəxəssislər bunun üçün 15 il vaxt lazım olduğunu bildiriblər. Ən böyük çətinlik isə daşyonanların çatışmazlığıdır. Bu arada, “Figaro” saytı yazır ki ki, şpilin ətrafındakı İsa məsihin 12 həvarisinin heykəli ötən həftə bərpa üçün Marselə göndərilib. Bununlıa da 300-dən çox yaşı olan mis heykəllər qorunub. Sosial şəbəkədə isə şpilin üzərindəki xoruz heykəlinin tapılması barədə xəbərlər yer alıb. Eyni zamanda ildırımötürən qurğu funksiyasınlı yerinə yetirən heykəlin bərpaya ehtiyacı var. Qeyd edək ki, aprelin 15-də Notr Dam kilsəsində baş verən yanğın nəticəsində kafedralın taxta konstruksiyaları yanıb, şpil dağılaraq binanın tavanını zədələyib. 1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə alınmayıb. Digər klassik Avropa kilsələrindən fərqli olaraq Notr Dam kafedralını hətta ildırım da vurmayıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR