Siyasət

MDB Parlamentlərarası Assambleyanın toplantıları keçiriləcək

16-04-2019 | 13:06        

  

Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyanın toplantıları keçiriləcək. Tədbirlərdə Azərbaycanın parlament nümayəndə heyəti də təmsil olunacaq. Assambleyanın Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, Antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq. Parlament Assambleyasının 49-cu plenar iclasının gündəliyinə isə İpoteka, Vəkil və vəkillik fəaliyyəti haqqında, Məhkəmə-ekspert fəaliyyəti, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi və digər məsələlər daxildir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR