Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

16-04-2019 | 10:48        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Armavir vilayətində əhali İrəvan-Gümrü  dəmiryolu xəttini bağlayıb. Ölkədə Nikol Paşinyan və Qaqik Sarukyan qarşıdurması da davam edir. Oliqarx-deputata  məxsus “Araratsement” istehsalat birliyində çalışan 1200 fəhlə tətilə başlayıb.

Armavir vilayətinin ən böyük kəndi olan Zartonkun bitib-tükənməyən problemləri əhalinin ayağa qalxması ilə nəticələnib. Yaşayış məntəqəsinin sakinləri icra nümayəndəsinin özbaşınalıqlarından narazıdırlar. Belə ki, Paruyr Sarkisyan kəndlilərin pay torpaqlarını qeyri-qanuni yolla əllərindən alıb. Aksiya iştirakçıları İrəvan-Gümrü  dəmiryolu xəttini bağlayıblar. Narazı vətəndaşların sözlərinə  görə, icra nümayəndəsinin 27 yaşlı övladı da soyğunçuluq və özbaşınalıqda ad çıxarıb. Vəziyyət elə bir həddə çatıb ki, o, narazı sakinlərə atəş açıb. Nəticədə  7 nəfər yaralanıb. Zərərçəkənlər Metsamur mərkəzi xəstəxanasına yerləşdiriliblər. Başından güllə yarası alan kənd sakini Vardan Poğosyanın vəziyyətinin ağır olduğu bildirilir. Atəşdən qabaq kəndin bir qrup  sakinləri ilə icra nümayəndəsinin yaxınları arasında narazılıq yaşanıb və sonda əlbəyaxa dava düşüb. İnsident zamanı hətta polis əməkdaşı da yaralanıb.  Hazırda Zartonkda vəziyyət gərgindir. Qəzəbli sakinlər İrəvan-Gümrü dəmir yolu relslərində oturaraq Paşinyan hakimiyyətindən bu özbaşınalıqlara son qoyulmasını tələb edirlər.

Baş nazirin isə başı oliqarx-deputat Qaqik Sarukyanla münaqişəyə qarışıb. Bu da Sarukyana məxsus “Araratsement” istehsalat birliyində çalışan 1200 nəfərin tətil elan etməsi ilə nəticələnib. Zavodun rəhbərliyinə 15-iyun tarixindən rentabelli olmadığı üçün müəssisənin fəaliyyətini dayandırılması ilə bağlı göstəriş verilib.

Etirazçılar bildirirlər ki,  1 il əvvəl sadə xalq  Paşinyanı problemlərini azaltması üçün baş nazir seçdi. Ancaq hadisələr tam əksini götərir. “Sizin vicdanınız necə yol verə bilər ki, bizim övladlarımız bir tikə quru çörəyə möhtac olsun. Qoy Paşinyanlar eşitsinlər və agah olsunlar; əgər bizim zavodumuz 2 aydan sonra bağlanarsa, onda Ararat bölgəsinin sakinləri İrəvanın küçələrində “Paşinyana YOX” şüarları ilə irimiqyaslı nümayişlər  keçirəcək-deyə etirazçılar bildirirlər. Təməli 1914-cü ildə Abbasqulubəy tərəfindən qurulan Dəvəli sement zavodu Ermənistanın inşaat sektorunun 80 faizini əhatə edir. İqtisadi ekpertlər bildirirlər ki, “Araratsement”in bağlanma təhlükəsi ilə üz-üzə qalması bu  bölgənin əhalisi üçün faciə olmaqla yanaşı, inşaat sektorunun  tam çökməsinə səbəb olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR