İqtisadiyyat

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında daşımaların həcmi artır

16-04-2019 | 10:37        

  

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında daşımaların həcmi artmaqdadır. Bu ilin birinci rübündə konteyner aşırılması 55 faiz çoxalıb. Məlumata görə, yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınıb və ümumi yükaşırmanın həcmi 1 milyon 35 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1 faizi tranzit yüklərin payına düşüb. Xüsusilə konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, Bakı Limanında bu ilin yanvar-mart ayları ərzində 7 min 253 ədəd TEU ekvivaletində konteyner aşırılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artıma bərabərdir. Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon daşınması 12,6 faiz artmaqla 13 min 788 vaqon sayına çatıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR