Xarici xəbərlər

Yanğın nəticəsində Notr Dam kilsəsi ciddi şəkildə zərər görüb

16-04-2019 | 10:36        

  

Fransanın paytaxtı Parisin simvollarından sayılan Notr Dam kilsəsində yanğın baş verib. Yanğın axşam saatlarında taxta kostruksiyalarda başlayıb. Hadisə zamanı binada təmir işləri aparılırmış. Kilsənin 2 qülləsini yanğından mühafizə etmək mümkün olsa da, köhnə taxta konstruklsiyalar bütövlükdə yanıb, şpil dağılaraq binanın tavanını zədələyib. Yanğının söndürülməsinə 400 nəfərdən çox şəxsi heyət cəlb olunub. Yanğını səhərə yaxın nəzarət altına almaq mümkün olub. Bir yanğınsöndürən tüstüdən zəhərlənib. Hadisəyə aviasiya ilə müdaxilə etmək qərara alınsa da, son anda bundan imtina edilib. Mütəxəssislər bu cür müdaxilənin binanı tamamilə məhv edəcəyini bildiriblər. Ekspertlərin sözlərinə görə kafedralın bərpası üçün bir neçə onillik lazım gələcək. Binanın içindəki heykəllərin bir qismini xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi açılıb, tikintidə çalışanlar dindirilib. Qeyd edək ki, 1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilıib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə alınmayıb. Digər klassik Avropa kilsələrindən fərqli olaraq Notr Dam kafedralını hətta ildırım da vurmayıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR