Siyasət

İsveçrə portalında Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı məqalə verilib

16-04-2019 | 08:39        

  

İsveçrənin “www.zeitung.ch” portalında “Azərbaycan sakinlərinin sayı 10 milyon nəfərə çatıb” sərlövhəli məqalə verilib.

Məqalədə bu il aprelin 6-da dünyaya göz açan körpə ilə Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatdığı qeyd edilib. Məqalədə, həmçinin son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salınıb. Qeyd edilib ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1,807 milyon nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə (1913-cü il) 2,339 milyon nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1,952 milyon nəfərə düşüb. Məqalədə, həmçinin 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının Azərbaycana deportasiyası, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi, həmçinin 1988-ci ildə bu ölkədəki azərbaycanlıların son nəfərədək qaçqına çevrilməsi nəticəsində Azərbaycanda demoqrafik mənzərənin dəyişdiyi diqqətə çatdırılıb.

Xüsusilə qeyd edilir ki, 1999-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın qəbulu ölkədə əhalinin artımına müsbət təsir göstərib. Bu addımlar nəticəsində ölkə əhalisinin sayı 2003-2018-ci illər ərzində 1,8 milyon nəfər artıb.

Sonda qeyd edilir ki, Azərbaycan əhalisinin sayının sürətli artımı hökumətin düzgün demoqrafik siyasətinin və ölkənin davamlı iqtisadi inkişafının nəticəsidir. Sosial və iqtisadi sahələrdəki geniş islahatlar əhalinin maddi rifah halının yüksəldilməsinə hədəflənib və bununla da Azərbaycan BMT-nin global davamlı inkişaf konsepsiyasına öz töhfəsini verir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR