İdman

Futbol üzrə Avropa Liqasının final oyununa 43 gün qalıb

16-04-2019 | 08:28        

  

Futbol üzrə Avropa Liqasının final oyununa 43 gün qalıb. Dünyanın müxtəlif ölkələrindən bu günə maraq getdikcə artmaqdadır. Satışa çıxarılan 37500 bilet üçün indiyədək 100 mindən artıq azarkeş onlayn müraciət ünvanlayıb. Dünya çempionatı, daha sonra aparıcı futbol liqalarında tətbiq olunan VAR sistemi oyun vaxtı stadionda tətbiq olunacaq.

Təxminən 43 gündən sonra paytaxt Bakı idman tarixində daha bir əlamətdar hadisəyə şahidlik edəcək. Mayda futbol üzrə Avropa liqası turnirinin final oyunu Bakı Olimpiya stadionunda keçiriləcək. Stadionda texniki cəhətdən hazırlıqlar artıq yekunlaşmaq üzrədir, bir sıra yeniliklər də var.

Oyun zamanı bəzi hallarda mübahisəli məsələlərin, fraqmentlərin aydınlaşdırılması üçün son dünya çempionatında və artıq bəzi aparıcı futbol liqalarında geniş istifadə olunan VAR sistemi quraşdırılıb.

Belə nüfuzlu idman yarışının paytaxtda keçirilməsi ölkəmizin tanıdılması, turist cəlbediciliyi baxımından da əhəmiyyətlidir.

Avroliqanın final oyununa 37 min 500 bilet satışa çıxarılıb. Maraq isə həddən artıq böyükdür. indiyədək 100 mindən artıq azarkeş bilet almaq üçün online müraciət ünvanlayıb.

Bütün sahələrdə olduğu kimi idmanın inkişafına da güclü siyasi iradə və diqqət mövcuddur. Görülən işlər Azərbaycanın növbəti dəfə mötəbər idman yarışına ev sahibliyi etməklə həm təşkilatçılıq, həm də ölkənin turizm potensialının təbliği baxımından özünəməxsus modelini təklif edəcək. Nəticədə isə bu model dünyanın digər ölkələrində nümunə kimi qəbul olunacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR