Analitika

DOST xidməti: sosial sahə ilə bağlı islahatlar proqramının davamı

15-04-2019 | 17:31        

  

Vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun əsas xəttini təşkil edir. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və "DOST” mərkəzlərinin yaradılması məhz bu siyasətdən irəli gələn təşəbbüsdür. 

DOST agentliyinin yaradılması bütün dünyanın diqqətini özünə çəkən, milli brendimiz kimi özünü doğruldan ASAN xidmət nümunəsinin davam etdirilməsi məqsədini daşıyır.
DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edəcək. Bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək.
Yaxın günlərdə Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilk DOST mərkəzi fəaliyyətə başlayacaq. Bu ilin sonunadək isə Bakıda 3 DOST mərkəzinin açılması planlaşdırılır. 2021-ci ilin sonunadək isə ölkədə DOST mərkəzlərinin sayının 31-ə çatdırılması nəzərdə tutulur.
"DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir.
“e-sosial” internet portalı sosial reyestr xarakteri daşıyır. Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intellektual analizlər apararaq interaktiv təşəbbüslərlə çıxış edəcək.
DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq.

Konkretləşdirsək, layihə bu üstünlükləri ilə faydalı olacaq: Çeviklik, şəffaflıq, əlçatanlıq, xidmətlərin çoxçeşidliliyi, çoxfunksiyalılıq...
Mərkəzlərin yaradılması sosial xidmətlərin təmin edilməsinin müasir innovasiyalarla uğurlu həllidir və heç şübhəsiz ki, Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması, eləcə də,şəffaflığın təmin olunması istiqamətində olduqca əhəmiyyətli addımdır.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR