Bölgələr

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın üzvləri Gəncə şəhərində səfərdə olub

15-04-2019 | 16:25        

  

Dövlət başçısının tapşırığına əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın üzvləri Gəncə şəhərində səfərdə olub. Məqsəd  tamaşaçıların rəyini yerində öyrənmək, onların irad və təkliflərini dinləməkdir.     

Televiziya  daim inkişaf etməli, günün tələblərinə cavab verməlidir. Tarixi ənənələrə malik Azərbaycan Televiziyası forma  və məzmun baxımından yeni verilişləri tamaşaçılara təqdim edir. Tamaşaçıların rəy və təkliflərini öyrənmək məqsədilə televiziyanın nəzdində yaradılan Bədii Şuranın üzvləri Gəncədə oldu. Tanınmış  mədəniyyət və incəsənət xadimləri, ziyalılar belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladılar. 

Görüşdə tamaşaçıların  irad və təklifləri dinlənildi. 

Açıq dialoq şəraitində keçən görüşdə bədii şura üzvlərinin iştirakı ilə konsert proqramı da təşkil edildi. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR