Cəmiyyət

Yeni nəqliyyat qovşağı istifadəyə verilib

15-04-2019 | 15:31        

  

Bu gündən yeni nəqliyyat qovşağı istifadəyə verilib: bundan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində ölkə daxili və xarici bütün istiqamətlərə avtobuslar vahid məkandan xidmət göstərəcək.

50000 kv.m ərazini əhatə edən qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri vahid məkanda yerləşdirilib. Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidməti mərkəzi fəaliyyət göstərir.

Bir zamanlar Sumqayıt və Bakı şəhərləri arasında sərişindaşınmada pərakəndəlik yaşanırdı. Ancaq indi Sumqayıta yola düşən avtobuslar bir məkandan çıxacaq. Və burada bir məkanda – sumqayıt stansiyasında qarşılanacaq.

Yeni qovşaqda nəqliyyat vasitələrinin texniki statusu, sürücülərin sağlamlıq vəziyyəti, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakı vəziyyət Almaniyanın "SAP" şirkətinə məxsus texnologiya əsasında yaradılmış unikal sistem vasitəsilə nəzarətdə olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR