İqtisadiyyat

Təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər keçriləcək

15-04-2019 | 14:51        

  

Ölkəmizdə təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər keçriləcək, bələdçilər sertifikatlarla təmin ediləcək. Bu barədə Azərbaycan Turizim Bələdçiləri Assosiaasiyasının I baş assambleyasında məlumat verilib.

Ötən il Azərbaycana 2 milyon 850 min əcnəbi gəlib. Ölkəmizdə turizmin inkişafı müasir çağırışlara cavab verən yeni bələdçilər nəslinin formalaşdırılmasını tələb edir.

Bələdçi öz ölkəsinin tarixi və coğrafiyası, etnoqrafiyası, mədəniyyət və incəsənətini dərindən bilməlidir. Təbii ki, dil bilikləri ilə yanaşı, peşə təcrübəsindən lazımi istifadəni də bacarmalıdır.

İlkin hesablamalara görə, ölkədə bələdçiliklə məğul olan 600-ə yaxın şəxs var. Onların əksəriyyətinin bu sahədə sertifikatı olmasa da, müəyyən təlimlərdən keçiblər.

Bələdçi qismində fəaliyyət göstərəcək qrupların  yaradılması üçün iştirakçılar turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən xarici dil bilən tələbə və gənclər arasından seçilir. Azərbaycan Turizm Bələdiyyəçiləri Assosasiyasının I baş Assambleyasının keçirilməsi də bu sahənin inkişafına hesablanıb. Bildirildi ki,  turizm bələdçiləri üçün təlimlər təşkil olunacaq.

Təcrübəli və peşəkar turizm bələdçiləri sertifikatlarala təmin ediləcəklər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR