Mədəniyyət

Ustad xanəndə Hacıbaba Hüseynovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

15-04-2019 | 13:28        

  

Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Budəfəki tədbir ustad xanəndə Hacıbaba Hüseynovun 100 illik yubileyinə həsr olunub.

Ötən əsrin 60-cı illərində Azərbaycan muğam ifaçılığı sənətinə yeni bir səs, yeni bir nəfəs gəldi. Bu, ürəyə yatan, ləngərli, bir az Zülfü Adığözəlovun, bir az Mütəllim Mütəllimovun səsinə bənzəyən, əslində isə onların heç birini təkrarlamayan bu səsin sahibi sonralar Azərbaycan muğam ifaçılığı sənətində öz layiqli yerini tutan və minlərlə musiqisevərin qəlbini fəth edən Hacıbaba Hüseynov idi.... Tədbirin aparıcısı Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımov ustad sənətkarın məzmunlu həyat yolundan, əsrarəngiz ifaçılıq sənətindən danışıb. Qeyd olunub ki, Hacıbaba Hüseynov sənətə qaval ifaçısı kimi gəlib. Görkəmli qarmon ustası Teyyub Dəmirovun yanında dəf, qaval və nağarada ifa edən gənc Hacıbaba muğam sənətinin incəliklərini öyrənir. Daha sonra qəzəllər yazan və tədricən onları muğamlarda səsləndirən Hacıbaba Hüseynov muğam ifaçılığına başlayır. 40 yaşından sonra peşəkar sənətə gələn Hacıbaba Hüseynov qısa zaman kəsiyində xalqın sevdiyi sənətkarlar cərgəsinə qoşulur. Hacıbaba Hüseynov “Rast” muğamının “Üşşaq” və “Hüseyni” şöbələrinin ilk ifaçısı olub. O, uzunillik xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda xüsusi nailiyyətlər qazanıb. Sənətkar Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, İran və bir sıra digər ölkələrdə qastrol səfərlərində Azərbaycan muğamını böyük ustalıqla ifa edib, incəsənətimizin təbliğində böyük xidmətlər göstərib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilir. Bununla bağlı tədbirlər planı hazırlanıb.

Tədbirdə ustad xanəndənin tələbələri, sənət yoldaşları çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, öz ifalarını təqdim ediblər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR