Siyasət

Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub

15-04-2019 | 12:37        

  

Heydər Əliyev Mərkəzində nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi olub. Professor İlbər Ortaylı Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib. Bildirib ki, Türkiyə ilə Azərbaycanı birləşdirən bir çox dəyərlər var. Istər Azərbaycan, istər də Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Ermənilər isə Qafqaza əsasən 18-19-cu əsrlərdə köçürülüb. Türkiyəli professor Azərbaycan dilinə doğmalığı haqqında da danışıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR