Xarici xəbərlər

Böyük Britaniyanın Baş Naziri Tereza Mey parlamentlə danışıqları davam etdirəcək

15-04-2019 | 11:03        

  

Böyük Britaniyanın Baş Naziri Tereza Mey parlamentlə danışıqları davam etdirəcəyini bildirib. RFİ-nin xəbərinə görə, hökumət başçısının müzakirə edəcəyi əsas məsələlər ekologiya və təhlükəsiziliklə bağlı olacaq. Prosesin gələn həftə bayramdan sonra sürətləndirilməsi nəzərdə tutulub. Baş nazir parlamentə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı bir neçə variant təklif etməyi planlaşdırır. Qeyd edək ki, Britaniya parlamentinin İcmalar palatası bu il Breksitlə bağlı sazişi 3 dəfə rədd edib. Aprelin əvvəlində isə Avropa İttifaqını razılıqsız tərk etməyi qadağan edən qanun qəbul olunub. Brüssellə müzakirələrdə razılıq əldə edilmədiyi üçün ölkənin ittifaqdan çıxma vaxtı 3 dəfə dəyişdirilib. Avropa İttifaqının son zirvə görüşündə yekun tarix olaraq oktyabrın 31-i müəyyən edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR