Mədəniyyət

Azərbaycan gəncləri "İpək yolu – gənc arzular" festivalının mükafatçıları sırasındadılar

15-04-2019 | 10:23        

  

Çinin paytaxtı Pekində ikinci "İpək yolu – gənc arzular" adlı mədəni mübadilə festivalı keçirilib.

Tarixi İpək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni mübadiləni gücləndirmək vasitəsi ilə sülhün təminatına və ümumi gələcəyin qurulmasına töhfə vermək məqsədi daşıyan festivalda 70 ölkədən təxminən 300-dən çox gənc və yeniyetmə iştirak edib.

İpək Yolu Şəhərləri Alyansının və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalda musiqi, natiqlik, foto sənəti və qum rəssamlığı üzrə müsabiqələr keçirilib.

Ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə Azərbaycan nümayəndələri də festivalın bir neçə müsabiqəsində güclərini sınayıblar. Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi Azərbaycan muğamlarından parçalar və Çin xalq musiqisi tamaşaçıların və beynəlxalq münsiflər heyətinin rəğbətini qazanıb. Münsiflərin qərarına əsasən, Sahib Paşazadə alət ifaçıları arasında qalib elan olunub. Ona festivalın sertifikatı və kuboku təqdim edilib.

Pekindəki Pakistan kollecinin 9-cu sinif şagirdi İslam Xəlillinin Göygöl rayonunda təbiət qoynunda çəkdiyi fotoşəkil 3-cü yerə layiq görülüb. Renmin Universitetinin magistri Fərahim Hüseynzadə natiqlik müsabiqəsində iştirak edərək, Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi tanındığını qeyd edib, xalqımızın tolerantlıq və multikultural ənənələrindən danışıb.

Qeyd edək ki, festival çərçivəsində İpək Yolu Ölkələrinin İncəsənət Ustalarının Alyansı təsis edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR