Cəmiyyət

Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilib

12-04-2019 | 16:32        

  

Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanında göstərilən tövsiyələrə əməl edilməsi üçün daha çevik, mükəmməl mexanizmlərin işlənib hazırlanması zəruridir. Bu fikir Ali Məhkəmənin növbəti Plenumunda səslənib.

Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını zəruri edir. Xüsusilə, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” bu il imzaladığı fərman sözügedən sahədə islahatların dərinləşməsini, müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirir. Ali Məhkəmənin Plenumunda bu barədə danışıldı. Ali Məhkəminin sədri Ramiz Rzayev bildirdi ki, fərmanda məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində bir sıra tövsiyələr verilir. Eləcə də Ali Məhkəməyə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar əksini tapıb. Vurğulandı ki, ölkə başçısının Fərmanda qeyd olunan tapşırıqlarının icrası, həmçinin ədalət mühakiməsinin keyfiyyət və səmərəlilyinin artırılması üçün hər bir məhkəmə sədrinin, hakimlərin üzərinə mühüm vəzifələr düşür. Plenumda həmçinin “2016-2017-ci illərdə respublikanın birinci instansiya məhkəmələri tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyənləşdirilməsi ilə bağlı  baxılmış mülki işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair  nəticələr müzakirə edildi, nöqsanlardan danışılaraq kobud qanun pozuntusuna yol verən hakimlər barəsində müvafiq tədbirlərin görülməsi Məhkəmə Hüquq Şurasına təklif olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR