Bölgələr

“Bölgələrdən bölgələrə” Yaradıcılıq festivalı Saatlıda

12-04-2019 | 15:04        

  

16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə növbəti “Bölgələrdən bölgələrə” Yaradıcılıq festivalı Saatlı rayonunda keçirilib.

“Bölgələrdən bölgələrə” Yaradıcılıq festivalının bu dəfəki  konsert proqramını regional idarələrin özfəaliyyət dərnəkləri, mədəniyyət işçiləri, folklor kollektivləri, rəqs qrupları və musiqiçilərin ifası daha da  rəngarəng edib. Festivalın konsert proqramında ötən il mükafatlandırılan incəsənət ustalarının çıxışlarına da yer verilib. “Muğan” instrumental ansamblı,"Adıgün" Türk Xalq Folklor kollektivinin rəqs nümunələri, Cəngavər" Pəhləvanlar qrupu  cəsarətli çıxışları  ilə gələnlərin zövqünü oxşayıb.

Bu festival Azərbaycanın bütün bölgələrini əhatə edir. Orada  fəaliyyət göstərən sənətkarlar, tətbiqi sənət ustaları,rəssamlar, onların əl işlərindən ibarət sərgi festivalın işində böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd zəngin tarixi və dövlətçilik ənənələrinə malik olan Azərbaycanın ayrı ayrı bölgələrində fəaliyyət göstərən sənətkarların respublikada tanıdılmsıdır.

Təqdim olunan sərgidə metal işləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırlanan məişət qabları, daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, incə naxışlı zərif kəlağayılar, hörmə, toxuma, əl işləri və dulusçuluq nümunələri  nümayiş edilir. Dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibana, kvilinq, qobelen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, mənzərələr, tariximizə aid rəsmlər göz oxşayır.

“Bölgələrdən bölgələrə” Yaradıcılıq festivalı Azərbaycanın dörd bir tərəfini əhatə etməklə şəhər və rayonların bir-birinin zəngin mədəniyyəti, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.  Festival  iki ay   davam edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR