Mədəniyyət

“Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib

12-04-2019 | 14:54        

  

Dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələr  aprelin 12-də Azərbaycan Dillər Universitetində “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfransda iştirak etdirlər.  “Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi ilə onun ruhu, sevgisi, yaradıcılığı da vətənə qayıtdı. gənclərimiz bu gün də Hüseyn Cavidin əsərlərini oxuyur və onun mübarizliyini yüksək qiymətləndirirlər” deyən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla dramaturqun ədəbi irsinin dünyaya çatdırılmasının vacibliyindən danışdı. Konfransda Azərbaycanın elm adamları və ictimaiyyət nümayəndələri də iştirak edirdi. Azərbaycan, rus, türk, ingilis dillərində olan  məruzələr əsasən  “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” mövzularını əhatə edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR