Digər

“Kosmonavtika günü”nə həsr olunmuş tədbir keçirilib

12-04-2019 | 14:48        

  

Milli Aerokosmik Agentliyində “Kosmonavtika günü”nə həsr olunan tədbirdə Azərbaycanda aerokosmik sahənin inkişafı ilə bağlı görülən işlərdən danışlıb. Agentliyin direktoru Natiq Cavadov bildirib ki, “Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə yeni dövrün başlanğıcını qoyub. Tədbirdə çıxış edənlər son illər aerokosmik məlumatlar əsasında rəqəmli relyef modellərinin qurulması, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi, su ehtiyatlarının, o cümlədən Xəzər dənizinin monitorinqinin aparılması və digər istiqamətlərdə  əldə edilən uğurlardan danışıblar. Sonda Milli Aerokosmik Agentliyin ilk rəhbəri, görkəmili dövlət xadimi Tofiq İsmayılovun xatirə muzeyinin açılışı olub. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR