Bölgələr

Masallı Sənaye Məhəlləsində 10 rezident fəaliyyət göstərir

12-04-2019 | 13:44        

  

Sənaye məhələlərinin yaradılmasında əsas  hədəf  qeyri-neft sektorunun inkişafı və bu sektorda istehsalın təşviq edilməsidirsə, ikinci hədəf regionların inkişafının dəstəklənməsidir. Çünki sənaye məhəllələri regionlarda yaradılır. Əməkdaşmız ötən ilin sentyabrından fəaliyyətə başlayan Masallı sənaye məhəlləsində olub,  burada fəaliyyət göstərən bir neçə istehsal müəsisənin işləri ilə maraqlanıb.

Ümumi sahəsi 10 hektar olan sənaye məhəlləsində sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada dövlət vəsaiti hesabına 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu quraşdırılıb, rabitə və nəqliyyat infrastrukturu da yaradılıb.

İlk baş çəkdiyimiz sahə uşaq və mətbəx mebellərinin istehsal edildiyi müəsisə oldu. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışır. Ay ərzində 100 ədəd uşaq və mətbəx mebeli istehsal edilir. Müəsisənin illik dövriyyənin həcmi isə 180 min manatdır.

Digər müəssisədə isə istehsalat sahəsinin yaradılmasında ən müasir avadanlıqlardan istifadə edilib. Burada döşək və metal yay hissələri istehsal olunur. İnvestisiya dəyəri 1,2 milyon manat olan müəssisədə 30 daimi iş yeri açılıb. Nəzərdə tutulan illik dövriyyəsinin həcmi 3 milyon manatdır.

Mebel müəsisələri ilə yanaşı, Masallı sənaye məhəlləsində dam örtükləri və aksesuarları, dəmir, taxta məmulatlarının istehsalı və emalı ilə məşğul olan sahibkarlıq subyektləri də fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən ümumi dəyəri 5 milyon 230 min manat dəyərində layihələr  reallaşdırılıb və bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb. Beləliklə, idxaldan asılılığın azaldılması və daxili bazara yerli məhsulların çıxarılmasını hədəf seçən sənaye müəsisələrinin yaradılması regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafına töhfəsini verir. Dövlətin güzəştli kreditlərindən də istifadə edilməklə yaradılan bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR