Xarici xəbərlər

Çovğun ciddi fəsad törədib

12-04-2019 | 11:43        

  

ABŞ-ın Orta-qərbində çovğun ciddi fəsad törədib. Cənubi Dakota, Nebraska və Minnesota ştatlarında yolların buz bağlaması və görmə məsafəsinin azalması nəqliyyatın hərəkətində problemlər yaradıb. Çox sayda avtomobil qəzası meydana gəlib. Bəzi ərazilərdə qarın qalınlığı 46 sm-ə çatıb. Sürəti saatda 80 km-i keçən külək elektrik xətlərini sıradan çıxarıb. 80 mindən çox abonent  işıqsız qalıb. Əlverişsiz hava ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb, məktəblər müvəqqəti bağlanıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR