Xarici xəbərlər

Ermənistanda hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldıra bilmir

12-04-2019 | 11:38        

  

Ermənistan apardığı işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldıra bilmir. Müəssisələrin bağlanması nəticəsində işsizlər ordusu yaranıb. Narazı kütlə isə çıxış yolunu aksiyalarda görür. İqtisadiyyatının çökdüyünü   Ermənistan  Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu da etiraf edir. 

Ermənistanda “Spayka” şirkətinin rəhbəri Davit Xazaryanın azadlığa buraxılması tələbi ilə başlayan etiraz dalğasının miqyası genişlənir. 5 ilə yaxındır ki, fəaliyyətini dayandıran “Nairit” kimya zavodunun işçiləri də aksiyalara qoşulub. Vaxtilə 7 minə yaxın insanın çalışdığı müəssisə iflasa uğradığı üçün bağlanıb. Zavodun işçilərə milyonlarla dollar borcu var. Bununla bağlı məhkəmə prosesi illərdir davam edir. Fəhlələr deyirlər ki, döymədikləri qapı qalmayıb. Onlar zavodun dağılmasının əsas səbəbkarı kimi ölkəni talan etmiş Serj Sarkisyanı gwnahlandırırlar. Məhz Sarkisyanın qardaşı Saşik zavodun metal-konstruksiyasını, hətta dəzgahlarını belə doğrayaraq metallom kimi xaricə satıb. İqtisadiyyatının çökdüyünü Ermənistan  Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu da etiraf edir.  Sabiq sənaye naziri, professor Vazqen Safaryanın sözlərinə görə, Ermənistan iqtisadiyyatının zəif inkişafı və vergi qanunvericiliyində edilən dəyişikliklər qeyri-səmərəsiz olacaq.  Sitat: “Bu gün dünyada bir çox dövlətlər iqtisadiyyatının daha da geniş inkişaf etdirmək üçün  sadələşdirilmiş vergi sisteminə keçdiyi halda biz Ermənistanda bunun tam əksini müşahidə edirik. Paşinyan rejiminin apardığı uğursuz iqtisadi islahatlar nəticəsində son 1 ildə orta və kiçik istehsal sahələri ilə məşğul olan sahibkar məcburən öz sənaye obyektlərini bağlamalı olublar. Belə istehsal sahələrinin sayı onlarladır. Birdən-birə ölkədə vergilərin 50-60 dəfədən çox  qaldırılması absurddur. Nəticəsini isə gördünüz- narazılıqlar, etirazlar və işsizlər ordusunun sıralarının artması.   Bu neqativ hal təbii olaraq inqilabi sonluqla nəticələnəcək. Sitatın sonu... Son 1 ilin proqnozu da göstərir ki,  Ermənistanda iqtisadiyyatında xüsusəndə onun bölgələrində kiçik və orta biznesin inkişafına süni manelər və əngəllər törədənlər var. Bu fakt ölkənin iqtisadiyyatını fəlakətə və uçuruma doğru aparır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR