Mədəniyyət

“Bakının mehi” Dubayda əsir

12-04-2019 | 10:58        

  

Bu günlərdə “Bakının mehi” şəhərdən xeyli uzaqda, Dubay Əmirliyində əsəcək. Rəssamlarımızın əsərləri “Baku breeze” adlı sərgidə Ərəb Əmirliklərindəki sənət sevərlərə təqdim olunur.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Baku breeze” - Bakının mehi adlı rəsm və tətbiqi incəsənət sərgisi təşkil edildi. Azərbaycan Evində nümayiş olunan əsərlər ilk gündən maraqla izlənildi.

Azərbaycanın Dubay Əmirliyindəki Baş konsulu Cavidan Hüseynov 25 incəsənət ustasının əl işlərindən ibarət sərgini mədəniyətimizin tanıtımı olaraq qiymətləndirdi. Burada Azərbaycanı tərənnüm edən rəsm əsərlərilə yanaşı, rəngkarlıq, ipək geyim aksesuarları və xalçaçılıq nümunələri də təqdim edilir. 

İncəsənət ustalarımız bu əsərləri 4 ay əvvəl Parisdə nümayiş etdiriblər. Dubay onlar üçün 2-ci beynəlxalq təcrübədir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR