Siyasət

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işini başa çatdırıb

12-04-2019 | 10:34        

  

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işini başa çatdırıb. Sessiya boyunca Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.  Ümumilikdə yaz sessiyası Azərbaycan həqiqətlərinin təbliği baxımından ölkəmiz üçün məhsuldar olub.

Son bir-neçə ayda Azərbaycanda həyata keçirilən sosial-məhkəmə islahatları, əhalinin qayğıya daha çox ehtiyacı olan təbəqələrinin maddi təminatının yaxşılaşdırılması, Avropa Şurası Parlament Assambleyasının üzvləri tərəfindən vətəndaş cəmiyyətinin inkişafına və möhkəmlənməsinə xidmət edən addımlar kimi qiymətləndirildi. Ölkəmizi qurumda təmsil edən millət vəkilləri bu müsbət qiymətləndirmənin Parlament Assambleyasının hesabat və məruzələrində əks olunmasının vacibliyini vurğuladılar.   

Azərbaycanın təkcə regionda deyil bütövlükdə Avropanın iqtisadi həyatında önəmli yer tutması yaz sessiyasında bir daha vurğulandı. Gürcüstanın baş naziri Mamuka Baxtadze Parlament Assambleyasındakı çıxışı zamanı Azərbaycanın enerji potensialının təkcə ölkəsi üçün deyil, bütün Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olduğunu dilə gətirdi. Sitat: Azərbaycan və Gürcüstan strateji tərərfdaşlardır.  Bakı-Tbilisi-Ceyhan neft borusu, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri xüsusi əhəmiyyətə malikdir. Biz Avropanın enerji təhlükəsiziliyində daha böyük pay sahibi ola bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq.  Sitatın sonu. Yaz sessiyası ərzində Azərbaycan xarici siyasətinin prioritet məsələsi – Dağlıq Qarabağ və ətraf ərazilərin işğal faktı Assambleyanın gündəmində saxlanıldı. İşğalın fəsadları dəfələrlə Avropalı Parlamentrilərin diqqətinə çatdırıldı. Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr mövzusuna həsr edilmiş panel iclasda, ermənistanın tarixi torpaqlarımzdakı talançılıq siyasəti bir daha ifşa edildi.  İtaliyalı beynəlxalq hüquq alimi Natalino Rinzotti və digərləri Dağlıq Qarabağ və ətraf ərazilərdəki qarət siyasətinə görə rəsmi Yerevanın məsuliyyət daşıdığını bildirdi.   

Yaz sessiyasında da bəzi ermənipərəst assambleya üzvləri ölkəmizə qarşı qərəzli mövqe tutmağa cəhd etdilər. Avropa Şurası baş katibi Torbörn Yaqland, Qış sessiyasında ermənipərəst Pieter Omtsiki «Azərbaycanla bağlı məsələləri siyasiləşdirməyin » deyib susdurmuşdusa, Bu dəfə qurum rəhbəri ümumiyyətlə, Omtsikin qərəzli sualını cavablandırmaqdan imtina etdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2019) :
Azbuludlu Gecə : +5+7 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR