İdman

Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində şəhər sakinləri trek ətrafında maneəsiz hərəkət edə biləcəklər

09-04-2019 | 10:04        

  

Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində şəhər sakinləri trek ətrafında maneəsiz hərəkət edə biləcəklər. Yarış həftəsi ərzində paytaxt sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər üç zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir. Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədini aprelin 11-dən 28-dək ödənişsiz əldə etmək mümkündür. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR