Cəmiyyət

Ölkə ərazisində qeyri–sabit və yağıntılı hava şəraiti davam edəcək

29-01-2011 | 17:21        

  


Ölkə ərazisində qeyri–sabit və yağıntılı hava şəraiti ayın sonuna qədər davam edəcək.  Bu müddət ərzində  əksər bölgələrdə fasilələrlə yağış yağacaq. Dağlıq və dağətəyi ərazilərdə isə yağıntılar qar şəklində düşəcək. Əsasən şimal küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında Mərkəzi Aran rayonlarında 7-12,  Dağlıq və dağətəyi ərazilərdə isə 0-5 dərəcə arası dəyişəcək. Ayın 30-u  Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq. Fasilələrlə yağış yağacaq. Ayın 31-i  isə  cənub küləkləri əsəcək ki, bu da temperaturun 2-3 dərəcə  yüksəlməsinə səbəb olacaq. Ayın 31-i paytaxtda 9-11 dərəcə isti gözlənilir.