İdman

“Formula 1”ə hazırlıqla bağlı təmir aparılacaq yollar bağlanıb

22-03-2019 | 12:32        

  

Bu gündən paytaxtda “Formula 1”ə hazırlıqla bağlı təmir aparılacaq yolların bağlanmasına başlanılıb.

Aprelin 26-28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar trekin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işləri davam edir. “Formula 1” Azərbaycan-Qran prisi ilə bağlı “bolid”lərin yarışacağı yolların təmirinə başlanılır. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən bildirilir ki, təmir-tikinti işləri bütün yolların eyni vaxtda tam bağlanmaması üçün qismən həyata keçirəcək. İlk olaraq Puşkin, Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi isə 27 mart-8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq.

Bundan başqa, növbəli olaraq  digər zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 22-dən 26-dək, Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı hissəsi 27 mart-8 aprel tarixlərində qismən bağlanacaq. Həmçinin Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasındakı yol hissəsində də aprel ayının 1-dən 8-dək avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR