Bölgələr

Cocuq Mərcanlıda Novruz bayramı böyük sevinc və fərəhlə qeyd olunub

22-03-2019 | 12:27        

  

Respublikamızın hər yerində olduğu kimi böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də xalqımızın qədim el bayramı olan Novruz bayramı böyük sevinc və fərəhlə qeyd olunub.

Xalqımızın əziz bayramı olan Novruz, ölkəmizin hər yerində yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Azərbaycan televiziyası Novruza həsr olunan bayram proqramını bu dəfə canlı olaraq Cocuq Mərcanlıdan yayımladı.

Bayram tədbiri “Qarabağ şikəstəsi” ilə start götürdü.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür. Bayram tədbirində bu, xüsusi vurğulandı. Kənd sakinlərinin, N saylı hərbi hissənin əsgərlərinin böyük şövqlə iştirak etdiyi konsert proqramında  tanınmış incəsənət ustalarının ifasında könülləri oxşayan musiqi parçaları təqdim olundu. Novruzun əsas rəmzi sayılan Kosa və Keçəlin, Bahar qızı və Dədə Qorqudun xalqa xoş arzuları şənliyə xüsusi ovqat qatdı. Bayram şənliyində  həmçinin iştirakçılara xalqımızın milli mədəniyyətni, zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini əks etdirən nümunələr təqdim edildi.

Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunsa da, kənddə yaşamaq təhlükəli idi. Azərbaycan Ordusunun Aprel döyüşlərindəki parlaq qələbəsi işğaldan azad edilmiş ərazilərin, o cümlədən Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini gücləndirdi. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu, orada misilsiz quruculuq işləri aparıldı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR