Xarici xəbərlər

Ermənistanda aksiyalar səngimir

19-03-2019 | 11:55        

  

Ermənistanda aksiyalar səngimir. Bu dəfə Araqadzot vilayətində narazı vətəndaşlar magistralı bağlayıblar. İrəvanda da etiraz aksiyaları keçirilir.

Ermənistanın Araqadzot vilayətində sosial problemlərdən cana gələn sakinlər etirazlara başlayıblar. Narazı kütlə İrəvan aparan magistral yolu bağlamağa məcbur olub. Etirazçıların iddasına görə, 3 aydan çoxdur ki, işıq üzünə həsrətdirlər. Təbii qaz da tez-tez kəsilir. Problemləri tükənməyən sakinlərin şikayət etmədikləri yer qalmayıb. Onlar 2 dəfə  İrəvana gedərək hökumət evi qarşısında öz etirazlarını bildiriblər. Lakin heç bir müsbət nəticə əldə olunmayıb. İş yerindən evinə geri dönən Araqadzot vilayətinin başçısı İrəvana aparan magistral yol bağlı olduğundan nümayişçilərin təzyiqi ilə üzləşib. Etirazçılar onun xidməti maşının qarşısını kəsərək düşməsini tələb ediblər. Hadisə yerinə gələn polislərlə nümayişçilər arasında qarşıdurma yaranıb. İrəvanda isə qazlı su istehsalı ilə məşğul olan bir qrup müəssisə sahibləri hökumət evi qarşısında etiraz aksiyası keçirirlər. Onlar, “Manapoliyaya yox, Mher Qriqoryan əl çək” şüarları ilə etirazlar edərək öz narazılıqlarını bildirirlər. “Vergilər komitəsindən bizə məlumat daxil oldu ki, kiçik qazlı su istehsalı ilə məşğul olan şirkətlər 1 aprel tarixindən dövlət büdcəsinə 400 min dram əvəzinə 1 milyon dram ödəyəcək. Bu məbləğdə vergiyə vəsait ödəmək qeyri-mümkündür. Biz tam məsuliyyəti ilə deyirik ki, Baş nazirin 1-ci müavini Mher Qriqoryan ölkədə fəaliyyət göstərən qazlı su və digər içki biznesinin manapoliyasını cəmləşdirib öz əlinə keçirmək istəyir. Bir neçə dəfə onun yaxın adamları bizi təhdid edərək, müəssisələri əlimizdən almaqla  hədələyiblər” deyə etirazçılar bildirirlər. “Xalqın gücü ilə 1 il əvvəl hakimiyyətə gələn Paşinyan, xalqa min cür əzab-əziyyət verir”. Bu şüarla isə İrəvanda opera teatrının və “azadlıq” meydanı ətrafında obyektləri sökülən bir qrup narazı vətəndaş etiraz edir. Aksiya iştirakçıları yeni hakimiyyətin onlara hər addımda maneə yaratdığını bildirirlər. Onlar artıq bu haqsızlıqlara göz yummaq istəmədiklərini də deyirlər. Bu səbəbdən müddətsiz etiraz aksiyalarını gücləndirmək qərarına gəliblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR