Xarici xəbərlər

İcmalar Palatasının spikeri “Breksit”ə dair eyni razılaşmanın üçüncü dəfə səsverməyə çıxarılmasını istisna edir

19-03-2019 | 11:53        

  

Böyük Britaniya parlamentinin aşağı palatası “Breksit”ə dair eyni razılaşmanı üçüncü dəfə səsverməyə çıxara bilməz. Bu bəyanatla İcmalar Palatasının spikeri Con Berkou çıxış edib. Spiker hesab edir ki, razılaşma layihəsində dəyişikliklər aparılmadan hökumətin onu növbəti dəfə səsverməyə çıxarmağa ixtiyarı yoxdur. Ölkənin Avropa İttifaqını rəsmi olaraq tərk etməsinə 2 həftədən az vaxt qalıb. Rəsmi Londonla Brüssel arasında əldə olunmuş razılaşma ilə bağlı parlamentdə qızğın müzakirələr davam edir. Baş nazir Tereza Meyin təklif etdiyi razılaşma artıq iki dəfə parlamentdə səsə qoyulsa da qəbul edilməyib. Əgər martın 20-dək İcmalar Palatası “Breksit”ə dair razılaşmanı qəbul etsə, hökumət prosesin iyunun 30-dək uzadılması ilə bağlı Avropa İttifaqına sorğu göndərəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR