İqtisadiyyat

Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

19-03-2019 | 11:25        

  

Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq. Bununla bağlı Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi ilə razılıq əldə olunub. Beynəlxalq statuslu bələdçi hazırlığında təlim metodikası, proqramlar tərtib edilməsi və Özbəkistanla birgə təlimlərin keçirilməsi nəzərdə tutulur. Ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849 mindən çox və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur. Əcnəbilər arasında ən çox artım 22%-lə Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Mərkəzi Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR