Siyasət

Azərbaycan ilə Almaniya arasında əməkdaşlığa dair müzakirələr aparılıb

19-03-2019 | 11:17        

  

Ənənəvi olaraq keçirilən “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri“ simpoziumunda Alman-Azərbaycanın Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer uzun illər Azərbaycan qarşı törədilən soyqırımlar, Ermənistanın Azərbaycana hərbi təcavüzünün tarixindən danışdı. Ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığı diqqətə çatdırıldı. Bundestaqın hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici siyasət məsələləri üzrə sədr müavini Yohan Vadeful da Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi yüksək dəyərləndirdi. Çıxışlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd şəkildə işğalı, ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzu vurğulandı. Qeyd olundu ki, Azərbaycan müasir dünya siyasəti və iqtisadi layihələri ilə beynəlxalq aləmin diqqət mərkəzindədir.

Bildirildi ki, Almaniya Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın keçdiyi inkişaf yolu haqqında məlumat verdi. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr vasitəsilə Cənubi Qafqaz, Balkan və Avropa İttifaqı arasında əməkdaşlıq oxunun yaradıldığını, bu layihələrin iqtisadi dividentlər gətirməklə yanaşı, xalqlar və dövlətlər arasında dialoqa, Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Hikmət Hacıyev münaqişənin mərhələli şəkildə həll edilməsinin mümkün olduğunu və ilkin mərhələdə Azərbaycan torpaqlarının işğaldan azad olunması və qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtmasının zəruriliyini qeyd etdi. O, Ermənistanın bu münaqişə ilə özünü regionda izolyasiya vəziyyətinə saldığını və regional layihələrdən kənarda qaldığını diqqətə çatdırdı. 

Jurnalisti Rixard Kissler özünün işğal altında olan torpaqlar, o cümlədən Xocalıya səfərindən təəssüratlarını bölüşdü, hazırda həmin ərazilərdə yoxsulluq, dağıntılar və səfalətin hökm sürdüyünü diqqətə çatdırdı.

Çıxışlarda vurğulandı ki, beynəlxalq hüquqa əsasən Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi qanunsuz fəaliyyəti təhlil edildi. bildirildi ki, həmin ərazilərinin təbii sərvətlərinin istismarı beynəlxalq hüquq normalarına görə cinayət hesab olunur.

Azərbaycanın fəxri konsulu, keçmiş dövlət katibi Otto Hauzer Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlıq layihələri və onların perspektivləri barədə məlumat verdi. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR