Mədəniyyət

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib

19-03-2019 | 09:24        

  

Dövlət başçısının tapşırığına əsasən, martın 18-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib. İclasda yaradıcılıq müzakirəsi aparılıb, növbəti dövr üçün  görüləcək işlər müəyyən edilib. 

Bədii Şura ayda 2 dəfə toplanaraq Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında yayımlanan veriliş və proqramları müzakirə edir. Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin, müxtəlif mövzulu proqramların bədii tərtibatı,  aparıcıların danışıq, davranış və geyim tərzi ilə bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır. Toplantıda müxtəlif verilişlərin, tok-şouların məzmun və forma cəhətdən təkmilləşdirilməsinə dair təkliflər səsləndirildi. Yeni layihələrlə bağlı ideyalar irəli sürüldü. Daha bir təklif isə tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu Bədii Şuranın bölgələrə səfərlərinin təşkili ilə bağlı idi.

Təkliflərlə çıxış edən Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasında son dövrlərdə aparılan islahatlar barədə də fikirlərini bölüşdülər.

Bədii Şuranın  növbəti iclasının apreldə keçirilməsi nəzərdə tutulub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR