İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyi Latviya universiteti ilə əməkdaşlığa başlayıb

19-03-2019 | 09:20        

  

Kənd Təsərrüfatı Nazirliyi Latviya universiteti ilə baytar həkimlərinin hazırlanması üçün əməkdaşlığa başlayıb. Bu, Azərbaycan Dövlət Aqrar Universiteti Latviya Təbiət Elmlər və Texnologiya Universiteti arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir. Latviya universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Müvafiq ixtisas üzrə tədris proqramı beynalxalq standartlara uyğun olaraq yenilənəcək. Tələbə və müəllimlər üçün seminarlar, təcrübə proqramları həyata keçirələcək. Latviya Təbiət Elmlər və Texnologiya Universiteti ilə tərəfdaşlığın koordinasiyası üçün Kənd Təsərrüfatı Nazirliyində işci qrup da yaradılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR