Siyasət

Novruz bayramı ərəfəsində daha bir qrup insanın bayram sevincinə sevinc qatıldı

19-03-2019 | 09:10        

  

Dövlətin son iki ayda sosial sahədə həyata keçirdyi tədbirlərdən  2 milyondan çox vətəndaş faydalanır. Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ölkədə sosial sahədə aparılan ardıcıl islahatların növbətisidir.

Dövlət başçısı yeni sərəncamı ilə Novruz bayramı ərəfəsində daha bir qrup insanın bayram sevincinə sevinc qatdı. Bu dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərə, İkinci Dünya müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə avtomobillər veriləcək. Bunun üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılır.

Dövlət başçısının növbəti humanist addımı da böyük rəğbətlə qarşılanır.  

Ümumiyyətlə, Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələrdəndir. Bu gün ölkəmiz Cənubi Qafqazda yeganə dövlətdir ki, bu istiqamətdə nümunəvi proqramlar rellaşdırır. Prezident İlham Əliyev insanların sosial rifahının daim yüksəldilməsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Son 20 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib. Təkcə ötən il 264 nəfər əlliyi olan şəxs müvafiq nəqliyyat vasitəsi ilə təmin olunub. Azərbaycan iqtisadi cəhətdən qüdrətləndikcə, həyata keçirilən belə sosial proqramların da sayı artır və əhatə dairəsi genişlənir. Rellaşdırılan hər bir proqramın mərkəzində Azərbaycan vətəndaşı, onun həyat səviyyəsinin yüksəldilməsi dayanır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.04.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR